Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid və qazi övladları ziyarət olunub

25 dekabr 2022 | 11:45

Naftalan Şəhər İcra Hakimiyyətinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə qaziləri evlərində ziyarət ediblər. Görüş zamanı qazilərə və onların ailələrinə ŞİH başçısının səmimi bayram təbriklərini çatdırıb, ailələrə yeni ilə hədiyyələri və bayram sovqatı təqdim ediblər.

Həmçinin, “Qırmızı Ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu tərəfindən şəhid övladlarına bayram hədiyyələri təqdim olunub.

Şəhid ailələri və qazilər də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər