Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Vaqif Bayramovun məzarı ziyarət olunub

25 dekabr 2025 | 15:07

Tarixi Zəfərimizin başlanğıcı olan şanlı Aprel döyüşləri zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igid oğullarımızdan biri mayor Vaqif Dilqəm oğlu Bayramovun bu gün doğum günüdür.

Naftalan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidimizin ailə üzvləri, yaxınları şəhidin doğum günündə məzarını ziyarət etmiş, məzarı üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Şəhidin Vətən qarşısındakı xidmətləri, qürur hissi ilə xatırlanıb, onun xatirəsinin yaddaşlarda əbədi yaşayacağı vurğulanıb.

Şəhidin ailəsi dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Vaqif Dilqəm oğlu Bayramov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Vaqif Bayramovun qardaşı Mehman Bayramov isə I Qarabağ döyüşlərində şəhidlik zirvəsinə ucalmışdır.

Keçidlər