Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rauf İbadovun atası ziyarət olunub

05 iyun 2024 | 14:52

ŞİH başçısı Vüqar Novruzov, ŞPŞ-nin rəisi Zaur Bədəlov ilə birlikdə şəhid atası Məhərrəm İbadovu müalicə aldığı “Qashaltı Health Hotel Naftalan”da ziyarət edib, onun müalicəsi ilə yaxından maraqlanıb. Söhbət zamanı şəhid ailələrinin və qazilərin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən daim xüsusi diqqətdə saxlanıldığını, qədirbilən Azərbaycan xalqı tərəfindən şəhidlərin xatirəsinin əziz tutulduğu vurğulanmışdır.

Qeyd edək ki, Abşeron rayonunda yaşamış fəxrimiz Rauf İbadov 2020-ci il oktyabrın 23-də Laçın ərazisində qəhrəmancasına şəhid olub. Ölümündən sonra dövlət başçısı tərəfindən  "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər