Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Qurbanovların ailə faciəsindən beş il ötür

27 sentyabr 2025 | 14:05

2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatlarının və hücumlarının qarşısını almaq məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı.

Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun şanlı zəfər yürüşünə tab gətirə bilməyən düşmən dinc mülki əhalini hədəfə alaraq ağır müharibə cinayətləri törətdi.

44 günlük Vətən müharibəsinin ilk günündə düşmənin atdığı top mərmisi Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə düşməsi, nəticəsində ailənin 5 üzvü faciəvi şəkildə həlak oldu. O qanlı cinayətdən beş il ötür.

Naftalan ŞİH başçısı, ŞPŞ-nin rəisi, YAP Naftalan şəhər təşkilatının, Şəhər Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, digər məsul əməkdaşlar şəhid Qurbanovların məzarları ziyarət edib, xatirələrini ehtiramla yad ediblər.

Şəhidlərin ailə üzvləri onlara, eləcə də bütün şəhid ailələrinə  göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər