Şəhid övladlarının ad günləri qeyd olunub
17 avqust 2026 | 14:23
Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Zəfər qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn Quliyev Bəhruz Firuz oğlunun qızı Elayın 12 yaşı və Adıgözəlov Fərid İlqar oğlunun qızı Gülsurənin 6 yaşı tamam olur.
ŞİH-nin məsul əməkdaşları, ADİİXİHİ Naftalan şəhər Komitəsinin sədri Şəhid övladlarının ad günü tədbirində iştirak edib, səmimi təbriklərini çatdırıb, hədiyyələr təqdim ediblər.
Şəhidin ailə üzvləri hər zaman diqqət və qayğı ilə əhatə olunduqları üçün ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.















