Şəhid övladlarının ad günləri qeyd olunub
Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Zəfər qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn Quliyev Bəhruz Firuz oğlunun qızı Elayın 8 yaşı və Adıgözəlov Fərid İlqar oğlunun qızı Gülsurənin 2 yaşı tamam olur.
ŞİH-nin əməkdaşı Fəxri Ağayev, şəhər Gənclər və İdman idarəsinin rəisi Samir Qocayev Şəhid övladlarının ad günü tədbirində iştirak edib, ŞİH başçısının səmimi təbriklərini çatdırıb, hədiyyələri təqdim ediblər.
Şəhidin ailə üzvləri həyatlarının hər anında daima dövlət qayğısını gördükləri üçün ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Şəhidlərimizin xatirəsinin əziz tutulmasını, onların ailə üzvlərinin daim qayğı ilə əhatə olunmasını, Fərid və Bəhruzun timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndiriblər.