Şəhid övladları üçün bayram tədbiri təşkil edilib
Chinar Hotel & SPA Naftalanda 8 noyabr-Zəfər Günü münasibəti ilə şəhid ailələrinin və qazilərin iştirakı ilə bayram şənliyi keçirilib.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edilib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün ərzində bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
Şəhid ailələri və qazilər üçün bayram süfrəsi açılıb. Uşaqlara bayram hədiyyələri təqdim olunub, konsert proqramı ilə tədbir davam etdirilib.
Göstərilən yüksək diqqət və qayğıya görə Şəhid ailələri və qazilər ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, məmnunluqlarını ifadə ediblər.
Tədbir Şəhər İcra Hakimiyyətinin dəstəyi, TABİA Group-a daxil olan Chinar Hotel & SPA-nın təşkilatçılığı ilə həyata keçirilib.