Şəhid övladının ad günü qeyd olundu
03 noyabr 2026 | 14:10
Şəhid Quliyev Bəhruz Firuz oğlu 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdandır. Şəhidimizin qızı Mədinənin 11 yaşı tamam olur.
Naftalan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Naftalan şəhər təşkilatının sədri Şəhidin ailəsinə baş çəkib, gül balamızı təbrik edərək birlikdə ad gününü qeyd ediblər. Şəhidimizin atası Firuz Quliyev göstərilən diqqət və qayğıya görə Prezident Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.















