Şəhid Fərid Adıgözəlovun xatirəsi ehtiramla anılıb
Şəhidin ailə üzvləri, Naftalan ŞİH-nin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, şəhid Fərid Adıgözəlovun məzarını doğum günündə ziyarət edib şəhidin əziz xatirəsi dərin ehtiramla yad ediblər.
44 günlük Vətən müharibəsində qazanılan Tarixi Zəfərin əhəmiyyətindən söz açılıb. Torpaqlarımızın azadlığı və Vətənimizin bütövlüyü uğrunda canından keçən qəhrəmanların şərəfli həyat yolunun gələcək nəsillər üçün əsl örnək olduğu xüsusi vurğulanıb.
Şəhidin ailə üzvləri onlara və digər şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Adıgözəlov Fərid İlqar oğlu (ölümündən sonra) “Vətən Uğrunda”, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.















