Şəhid Fərid Adıgözəlovun xatirəsi anılıb
08 sentyabr 2026 | 16:45
Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Naftalan şəhər sakini Adıgözəlov Fərid İlqar oğlunun doğum günündə məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Anım mərasimində Naftalan şəhər İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Hüseynova, Şəhidin ailə üzvləri və məsul əməkdaşlar iştirak edib.
Şəhid atası dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldığını bildirib, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.















