Şəhid Fərid Adıgözəlovun ailəsi ziyarət olunub
27 dekabr 2024 | 11:03
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhər polis şöbəsinin rəisi ilə birlikdə Şəhid Fərid Adıgözəlovun ailəsini qarşıdan gələn bayram münasibətilə ziyarət ediblər.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qazandığı Qələbə və ölkəmizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzu haqqında ətraflı söz açılıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Ölümündən sonra Şəhid Fərid Adıgözəlov "Suqovuşanın azad olunmasına görə", “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.