Şəhid Elyəddin Cəfərovun xatirəsi ehtiramla anılıb
Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü naminə canlarından keçən igid övladlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır və dərin hörmətlə yad edilir.
44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Cəfərov Elyəddin Zöhrab oğlunun əziz xatirəsi doğum günündə ehtiramla anılıb.
Naftalan ŞİH-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri ilə birlikdə şəhid Elyəddin Cəfərovun məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Şəhidin ailə üzvləri, dövlətimiz tərəfindən onlara və şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Prezidentimizin müvafiq Sərəncamlarına əsasən Elyəddin Cəfərov (ölümündən sonra) III dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Cəsur döyüşçü", “Vətən Uğrunda”, "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.