Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elyəddin Cəfərovun xatirəsi ehtiramla anılıb

25 may 2024 | 12:16

 

Vətənimizin  azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən vətən övladlarının xatirəsi  xalqımızın  yaddaşında əbədi yaşayır və dərin hörmətlə yad edilir. 

44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Cəfərov Elyəddin Zöhrab oğlunun xatirəsi doğum günündə ehtiramla anılıb.

Naftalan ŞİH-nin əməkdaşları, şəhid ailələri, qazilər, təhsil işçiləri, şəhidin ailə üzvləri Şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir Şəhidin təhsil aldığı Naftalan şəhəri Z. Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd  tam orta məktəbin şagirdlərinin  hazırladığı  ədəbi-bədii proqramla davam etdirilib.

Şəhidin ailə üzvləri onlara eləcə də bütün şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıya görə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Prezidentimizin müvafiq Sərəncamlarına əsasən Cəfərov Elyəddin Zöhrab oğlu (ölümündən sonra) III dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Cəsur döyüşçü", “Vətən Uğrunda”, "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Keçidlər