Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb

20 oktyabr 2023 | 14:01

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndindən olan şəhid Cəfərov Elyəddin Zöhrab oğlunun üçüncü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağsaqqallar Şurasının sədri və şəhidin ailə üzvləri iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı çıxış edərək dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutduğunu, şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.

Tədbir iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Elyəddin Cəfərov 20 oktyabr 2020-ci il tarixdə Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətən xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Keçidlər