Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Bəxtiyar Aslanovun xatirəsi anılıb

13 fevral 2026 | 14:26

44 günlük Vətən Müharibəsi zamanı şəhadətə ucalmış Şəhid Bəxtiyar Aslanovun ölümündən altı il ötür.

Naftalan ŞİH başçısının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri, İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, ŞPŞ-nin rəisi Zaur Bədəlov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, Şəhidin ailə üzvləri və digər məsul şəxslər Şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək Şəhid Bəxtiyar Aslanovun xatirəsini ehtiramla yad ediblər. 

Vətənimizin ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında tapşırıqların icrası zamanı vəzifə borcunu yerinə yetirərkən Şəhidlik zirvəsinə ucalan Aslanov Bəxtiyar İlqar oğlu ölümündən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər