Şəhid Bəxtiyar Aslanovun məzarı ziyarət olunub
44 günlük Vətən Müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalan Aslanov Bəxtiyar İlqar oğlunun doğum günüdə əziz xatirəsi dərin ehtiramla anılıb. Şəhidin Vətənə olan sonsuz sevgisi, hərbi borcuna sədaqəti xüsusi vurğulanıb, onun qəhrəmanlıq yolunun gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğu qeyd edilib. Şəhidlərimizin müqəddəs xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağı bildirilib.
Naftalan ŞİH-nin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri ilə birlikdə məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Şəhid Aslanov Bəxtiyar İlqar oğlu ölümündən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.















