Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Bəxtiyar Aslanovun ildönümü anılıb

13 fevral 2024 | 15:47

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şəhid Bəxtiyar Aslanovun şəhidlik zirvəsinə ucaldığı gündən üç il keçir.

Naftalan ŞİH-nin başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidimizin 3-cü ildönümündə qəbirüstü abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Mərasim zamanı çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin əbədi qəlbimizdə yaşayacağını, dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını bildiriblər.

Qeyd edək ki, Şəhid Aslanov Bəxtiyar İlqar oğlu ölümündən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Keçidlər