Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Bəhruz Quliyevin xatirəsi ehtiramla anılıb

11 may 2024 | 11:26

Naftalan Şəhər İcra Hakimiyyətinin, Goranboy-Naftalan təhsil sektorunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi Bəhruz Quliyevin xatirəsinə həsr edilmiş “Qısa ömrün əbədiyyəti“ adlı tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, təhsil işçiləri, şəhidin ailə üzvləri iştirak edib.

İlk olaraq tədbir iştirakçıları Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şəhid Bəhruz Quliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Tədbir İ. Nəsimi adına 1 nömrəli şəhər tam orta məktəbdə ədəbi-bədii proqramla davam etdirilib.

Tədbirdə Şəhid Bəhruz Quliyevin həyat yoluna nəzər salınıb, vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış igidlərimizin şərəfli ömür yolunun gələcək nəsillərə nümunə olduğu vurğulanıb.

Şəhidin ailə üzvləri çıxış edərək şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlər zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Bəhruz Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər