Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Bəhruz Quliyevin xatirəsi ehtiramla anılıb

09 may 2025 | 13:20

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsi şəhidi Bəhruz Quliyevin doğum gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, şəhid ailələri, təhsil işçiləri, şəhidin ailə üzvləri iştirak edib.

İlk olaraq tədbir iştirakçıları Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şəhid Bəhruz Quliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Tədbir Şəhidin təhsil aldığı şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə ədəbi-bədii proqramla davam etdirilib.

Tədbirdə Şəhid Bəhruz Quliyevin keçdiyi həyat yoluna nəzər salınıb, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın şərəfli ömür yolunun gələcək nəsillər üçün örnək olduğu qeyd edilib.

Şəhidin ailə üzvləri çıxış edərək şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlər zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Bəhruz Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər