Şəhid Bəhruz Quliyevin xatirəsi anılıb
09 may 2026 | 16:24
Vətən Müharibəsi Şəhidi Bəhruz Quliyevin xatirəsi anılıb. Anım tədbirində ŞİH başçısının müavini Kəmalə Hüseynova, şəhidin ailə üzvləri, şəhid anaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Doğum günündə Şəhidin məzarı ziyarət olunub, qəbri üstə gül dəstələri düzülüb, xatirəsi böyük ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlər zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Quliyev Bəhruz Firuz oğlu (ölümündən sonra) “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.















