Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid atası ziyarət olunub

30 dekabr 2025 | 15:20

Aprel döyüşlərinin qəhrəmanlarından olan Əbdülməcid Axundovun atası, Sumqayıt şəhər sakini Nadirşah Axundov “Kurort Naftalan” sağlamlıq mərkəzində müalicə alır.

Naftalan ŞİH-nin məsul əməkdaşları şəhid atası ilə görüşərək onun müalicəsi ilə maraqlanıblar.

Şəhid atası göstərilən diqqət və qayğıya görə dövlət başçımıza minnətdarlığını ifadə edib.

Görüş zamanı qonağa Naftalan haqqında kitab hədiyyə edilib.

Qeyd edək ki, Əbdülməcid Axundov göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Keçidlər