Şəhid ailəsinin qayğıları ilə maraqlanılıb
01 noyabr 2024 | 14:40
Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhid Habil Əliyevin ailəsi ilə görüşüb.
Şəhid ailəsi ilə söhbət zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından bəhs edilib. Bildirib ki, onların sosial rifahının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi işlər həyata keçirilir.
Şəhidin həyat yoldaşı Mahiyyə Əliyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz adından və şəhid ailələri adından dərin təşəkkürünü bildirib.