Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsi ziyarət edilib

26 sentyabr 2022 | 14:30

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Naftalanda torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda 44 günlük Vətən Müharibəsi zamanı qəhərmancasına şəhid olmuş şəxslərin ailələrinə, sağlamlığını itirmiş qazilərə diqqət və qayğı göstərilir. 

ŞİH-nin başçısı Vüqar Novruzov və şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov Şəhid Aslanov Bəxtiyar İlqar oğlunun ailəsini ziyarət edib. Ziyarət zamanı Şəhidimizin əziz xatirəsi ehtiramla anılıb, ailənin qayğıları ilə maraqlanılıb.

Şəhidimizin anası şəhid ailələri və qazilərin sosial qayğılarının həlli ilə bağlı dövlətimiz tərəfindən həyata keçirilən əsaslı işlərə, göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Şəhid Aslanov Bəxtiyar İlqar oğlu Vətən Müharibəsində aparılan döyüş əməliyyatlarında göstərdiyi fədakarlığa görə Ölkə Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər