Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin ziyarəti davam etdirilir

29 dekabr 2022 | 11:59

Naftalan ŞİH-nin başçısı və ŞPŞ-nin rəisi vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Elyəddin Cəfərovun ailəsini ziyarət ediblər. 

Şəhər rəhbəri haqq işimiz olan Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında vətən oğullarının misilsiz qəhrəmanlığından söhbət açıb. Şəhidlərin əziz xatirəsinin əbədi olaraq xalqımızın yaddaşına həkk olunduğunu, hər zaman hörmət və ehtiramla xatırlandığını qeyd edib. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə ailə üzvlərinə səmimi təbriklərini çatdırıb.

Şəhidin atası Zəfər Günü münasibətilə ölkə rəhbərinin sərəncamına əsasən Elyəddin Cəfərovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmasını ailəsinə böyük təsəlli olduğunu vurğulayaraq ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə edib.

Həmçinin, ailəyə bayram sovqatı təqdim edilib.

 

*****

Naftalan ŞİH-nin başçısı və ŞPŞ-nin rəisi Vətən müharibəsi şəhidi Bəxtiyar Aslanovun ailəsi ilə görüşüb.

Şəhər rəhbəri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açıb. Bildirib ki, Vətən müharibəsində qazanılan Şanlı Zəfər xalqımızın minlərlə qəhrəman övladının igidliyi və rəşadəti sayəsində əldə olunub. İcra başçısı ailənin problemləri ilə maraqlanıb, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə ailə üzvlərinə səmimi təbriklərini çatdırıb.

ŞİH tərəfindən yeni il ərəfəsində Şəhidin ailəsinə yataq otağı üçün uşaq mebeli dəsti, yeni il hədiyyəsi və ailəyə bayram sovqatı təqdim edilib.

Görüş zamanı şəhidin anası xalqımıza Qələbə sevinci yaşadan qalib dövlətin qalib rəhbəri Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, daim şəhid ailələrinə diqqət və qayğı göstərən Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. Hər zaman onların yanında olduğu üçün şəhər rəhbərliyinə öz təşəkkürünü bildirib.

Keçidlər