Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinə dövlət qayğısı yüksək səviyyədə təmin olunur

27 avqust 2022 | 11:45

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsi nəticəsində başa çatan 44 günlük Vətən müharibəsində ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərin ailə üzvlərinə, qazilərə və müharibə iştirakçılarının sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Naftalan Şəhər və Abşeron Rayon İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə Şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən layihə çərçivəsində Abşeron rayonundan müalicə və istirahət üçün gələn daha bir qrup Şəhid ailəsi və qazilər Naftalan ŞİH-nin məsul əməkdaşları tərəfindən “Park Naftalan” müalicə və sağlamlıq mərkəzində qarşılanıb.

Qarşılanmadan sonra mərkəzdə yerləşdirilən qonaqlara buradakı müalicə prosedurları barədə ətraflı məlumat verilib, bildirilib ki, ilkin olaraq onlara tibbi müayinələrdən keçdikdən sonra müxtəlif növ tibbi müalicə prosedurları və naftalan vannaları təyin olunacaq.

Daha sonra çay süfrəsi ətrafında davam etdirilən səmimi söhbət zamanı şəhid ailələri və qazilər onlara göstərilən dövlət qayğısından, şəhid ailərlərinin istirahəti və reabilitasiyası üçün keçirilən birgə uğurlu layihənin əhəmiyyətindən danışaraq ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Sonda ŞİH tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Keçidlər