Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri ziyarət edilib

25 sentyabr 2024 | 14:33

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Naftalan Şəhər Məhkəməsinin sədri Ayaz Səlimov və digər məsul şəxslər ilə birlikdə 27 sentyabr – Anım Günü ərəfəsində ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş Naftalan şəhərindən olan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

Ziyarət zamanı şəhər İcra Hakimiyyətinin başçısı dövlətimiz tərəfindən hər zaman şəhidlərimizin qəhrəmanlıqlarının yüksək qiymətləndirildiyini, xatirələrinin uca tutulduğunu qeyd edib. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasəti, rəşadətli ordumuzun və xalqımızın birliyi sayəsində qazanılan Tarixi Zəfərdən danışıb, şəhidlərimizin xatirəsinə ehtiramını bildirib, əziz xatirələrinin qəlblərdə əbədi yaşayacağını diqqətə çatdırıb.

Şəhid ailələri onlara göstərilən hərtərəfli yüksək diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər