Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri və qazilərin müalicəsinə dəstək

05 sentyabr 2022 | 15:10

Naftalan ŞİH-nin və Abşeron RİH-nin birgə təşəbbüsü ilə reallaşan layihə çərçivəsində Abşeron rayonundan olan daha bir qrup şəhid ailəsi və qazi müalicə və istirahət üçün Naftalan şəhərində fəaliyyət göstərən “Park Naftalan” müalicə mərkəzində Naftalan ŞİH-nin məsul əməkdaşları tərəfindən qarşılanlb.

İlk olaraq, qonaqlara müalicə mərkəzində göstərilən tibbi xidmətlər, müayinə və müalicə prosedurları barədə ətraflı məlumat verilib. Həmçinin, qonaqlar otaqlara yerləşdikdən sonra onlarla birlikdə nahar edilib.

Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, qonaqlar müayinə olunduqdan sonra onlara Naftalan vannaları və müalicə prosedurları təyin olunacaq.

 

Keçidlər