Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri və qazilər xeyriyyə konsertində iştirak edib

25 fevral 2025 | 14:58

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında xeyriyyə konsert proqramı təşkil edilib. Naftalanlı Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, eyni zamanda İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri, ziyalılar və gənclər konsert proqramında iştirak ediblər. Filarmoniyanın Estrada Ansamblının müşayiəti ilə səsləndirilən musiqi nömrələri, vokal ifaçılarının çıxışları tamaşaçılara xoş anlar yaşadıb.

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi” də nəcib və humanist missiyaya qoşulub.

Konsertdən toplanan vəsait “Qarabağ Dirçəliş Fonduna” ianə ediləcək.

Keçidlər