Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri və qazilər dövlət qayğısı ilə əhatə olunub

12 avqust 2022 | 14:51

Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində Şəhid olmuş hərbçilərin ailə üzvlərinə, qazilərə və müharibə iştirakçılarının sosial müdafiəsi istiqamətində həyata keçirilən işlər davam etdirilir. 

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov “Möcüzəli Naftalan Müalicə Mərkəzi”ndə ölkəmizin müxtəlif bölgələrindən burada müalicə alan Şəhid ailələri və qazilərlə görüşüb, onların sağlamlıqları ilə maraqlanıb, onlar üçün yaradılan şəraitlə yaxından tanış olublar. İcra başçısı onların istək və arzularına uyğun olaraq Mərkəzin direktoru Qoca Əmiraslanova tövsiyyə və tapşırıqlarını verib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi əsasında buraya təyinat alan pasiyentlərə yüksək ixtisaslı peşəkar həkimlər sayəsində müasir səviyyədə təşkil edilmiş sağlamlıq mərkəzində müalicə kursu təyin edilir, effektiv bərpa-müalicə xidmətləri göstərilir.

Keçidlər