Şəhid ailələri və qazilər Abşeron rayonuna yola salınıb
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn Naftalandan olan igidlərimizin ailələri və qazilərimiz daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi tədbirlər həyata keçirilir.
Naftalan Şəhər və Abşeron Rayon İcra Hakimiyyətlərinin birgə təşəbbüsünün davamı olaraq Naftalan şəhərindən olan bir qrup Şəhid ailəsi və qazilər istirahət üçün Abşeron rayonuna yola salınıblar.
Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov Şəhid ailələrini və qaziləri yola salarkən qeyd edib ki, Müzəffər Ali Baş Komandanın “Dəmir yumruq”u ətrafında birləşən, xalqımızın 30 illik vətən həsrətinə son qoyan Şəhidlərimizin xatirəsi daima əziz tutulacaq və bundan sonra da bu istiqamətdə lazimi işlər görüləcəkdir