Şəhid ailələri 8 Mart münasibətilə ziyarət olunub
07 mart 2026 | 13:32
Naftalan Şəhər İcra Hakimiyyətinin əməkdaşları “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə Şəhid ailələrini ziyarət edib, şəhid analarını, şəhidlərin həyat yoldaşlarını təbrik ediblər.
ŞİH başçısının müavini Kəmalə Hüseynova ölkəmizdə uğurla həyata keçirilən Ulu Öndər Heydər Əliyevin banisi olduğu, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət qadın siyasətindən bəhs edərək, müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda xanımların misilsiz xidmətləri olduğunu bildirib.
Şəhid analarının və vəfalı həyat yoldaşlarının ən yüksək hörmət və ehtirama layiq olduqlarını qeyd edib.















