Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib

10 fevral 2026 | 15:04

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, şəhər Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naftalan ŞİH-nin Tədbirlər Planına uyğun olaraq “Azərbaycan memarlıq ənənələri-müasir çağırışlar” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar iştirak edib.

Öncə iştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara və Azərbaycan memarlıq nümunələrini  əks etdirən kitablardan ibarət sərgiyə baxış keçiriblər.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində Azərbaycanın tarixi, milli ənənələri, eləcə də ölkəmizin qədim və müasir memarlıq nümunələrini əks etdirən video çarx nümayiş etdirilib.

Çıxışlarda Azərbaycan memarlıq məktəbinin zəngin irsinin qorunması, şəhərsalma və memarlıq sahəsində müasir yanaşmalarla zənginləşdirilməsi, eləcə də şəhərsalmanın tarixi inkişaf yolundan bəhs olunub. Azərbaycan memarlıq məktəbinin formalaşmasında və şəhərsalma sahəsinin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri xüsusi vurğulanıb.

Çıxışlarda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsinin ölkənin tikinti sektorunda yeni inkişaf mərhələsi yaratdığı, şəhər mədəniyyətinin inkişafına və memarlıq irsinin qorunmasına yüksək diqqətin göstəricisi olduğu qeyd edilib. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin tətbiqi, genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, infrastrukturun müasir tələblər əsasında yenidən qurulması və ərazilərin sürətli dirçəldilməsi bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyinin əyani təzahürü olduğu bildirilib. Şəhərsalma proseslərində müasir innovasiyaların tətbiqi və regionların xüsusiyyətlərinə uyğun memarlıq yanaşmalarının əhəmiyyəti vurğulanıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tarixi-memarlıq abidələrinin qorunması və bərpası istiqamətində görülən işlərin milli-mədəni irsin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Keçidlər