“Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Naftalan şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində yol kənarlarında, şəhərin tanıtma lövhəsinin ətrafında ümumilikdə 300-ə yaxın həmişəyaşıl ağaclar və gül kolları əkilib. Əkilən ağaclar suvarılıb, küləkdən qorunması üçün dirəklər basdırılıb.
Aksiyada ŞİH başçısının müavini, icra hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, Şəhər Polis Şöbəsinin rəisi Zaur Bədəlov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, Şəhər Ağsaqqallar şurasının sədri Möhübbət Bədəlov, şəhid ailələri, idarə, müəssisə təşkilat rəhbərləri, Mənzil Komunal Təsərrüfatı İstehsalatı Birliyinin əməkdaşları və məsul şəxslər iştirak edib.
Qeyd edək ki, yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində tədbirlər “Şəhərsalma və Memarlıq İli” çərçivəsində davam etdiriləcəkdir.















