Şəhərin yol infrastrukturu yenilənir
27 oktyabr 2022 | 14:44
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində regionlarda aparılan abadlıq quruculuq işləri bu gün Naftalan şəhərində də davam etdirilir.
Beynəlxalq Turizm Mərkəzinə çevrilmiş şəhərdə infrastruktur layihələri sırasında yol çəkilişi, yaşayış məntəqələrinin məhəllədaxili yollarının təmiri və yenidən qurulması əsas hədəflərdəndir.
ŞİH-nin başçısı avtomobil yollarında aparılan əsaslı təmir işləri ilə yaxından tanış olub.
Yolların müasir səviyyədə inşası şəhərdə sakinlərlə yanaşı, turistlərin məmnunluğunu və rahatlığını təmin edən əsas sosial amildir.
Xatırladaq ki, keçən il Möhtərəm Cənab Prezidentimizin Sərəncamı ilə Naftalanda məhəllədaxili yolların 17 km-i asfaltlanmışdır.