Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin təmizlik təsərrüfatının maddi-texniki bazası gücləndirilir

12 oktyabr 2026 | 15:06

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov Şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi üçün alınmış xüsusi təyinatlı avtomobilə və tullantı qutularına baxış keçirib.

KTİB-nin rəisi şəhərin sanitar-gigiyenik və ekoloji normativlərə uyğun təmizlənməsini, tullantıların vaxtında və tam həcmdə daşınmasını təmin etmək üçün maddi-texniki bazanın daha da gücləndirilməsi istiqamətində alınmış əlavə xüsusi təyinatlı kommunal texnika, həmçinin məişət tullantıları konteynerləri barədə məlumat verib.

Daha sonra Şəhər İcra Hakimiyyətinin başçısı KTİB-in inzibati binasında olub, kommunal xidmətlərin fəaliyyətinin müasir tələblərə uyğun təşkil edilməsinin, şəhərin sanitar vəziyyətinin daim nəzarətdə saxlanılmasının və təmizlik işlərinin keyfiyyətlə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Müvafiq sahədə çalışan əməkdaşlara qarşıya qoyulan vəzifələrin vaxtında və məsuliyyətlə yerinə yetirilməsi, xüsusi təyinatlı texnikadan təyinatı üzrə və səmərəli istifadə olunması ilə bağlı tapşırıq və tövsiyələr verib.

Keçidlər