Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin içməli su təminatı ilə bağlı görüş keçirilib

02 oktyabr 2024 | 16:05

Baş Nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə Azərbaycan Respublikası Prezidentinin 15.04.2020-ci il tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın iclasında müzəkirə olunan məsələlərin həlli ilə bağlı Naftalan ŞİH-də aidiyyatı şəxslərin iştirakı ilə görüş keçirilib.

Görüşdə ŞİH-nin başçısı Vüqar Novruzov, Naftalan Su Meliorasiya sistemlərinin istismarı idarəsinin rəisi Xəqani Vəliyev, Naftalan Sukanal sahəsinin sahə rəisi İlqar Aslanov, digər məsul əməkdaşlar iştirak edib.

Naftalan şəhəri üzrə daha əvvəl həyata keçirilən su təchizatı layihələrinin texniki-iqtisadi əsaslandırmaları nəzərdən keçirilərək, habelə içməli su təchizatı baxımından tədbirlər görülməsi zəruri olan yaşayış məntəqələri üzrə optimal həll variantına dair texniki-iqtisadi araşdırmalar aparılaraq yekun təkliflərin hazırlanması barədə müzakirələr aparılıb, aidiyyatı üzrə tapşırıqlar verilib.

Keçidlər