Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərdə şam ağaclarında kütləvi quruma halları baş verib

06 sentyabr 2022 | 16:02

Şəhərdə müxtəlif dövrlərdə əkilmiş eldar şamı ağaclarında kəskin quruma halları müşahidə olunduğundan, Naftalan Şəhər İcra Hakimiyyətinin Mərkəzi İcra Hakimiyyəti orqanlarına müraciəti əsasında Ekalogiya və Təbii Sərvətlər nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyiynin əməkdaşları Naftalan şəhərinə ezam olunmuşlar. Nazirliyinin əməkdaşları tərəfindən şəhər ərazisində və parklarda yoxlamalar aparılıb.

Yoxlamalar nəticəsində Orthotomicus erosus qabıq böcəklərinin və qarışıq qabıq yeyənlərin eldar şamı ağaclarına ciddi  zərər vurduğu və nəticədə ağacların quruyaraq sıradan çıxdığı müəyyən olunub. Əraziyə baxış zamanı eldar şamının daha sıx əkildiyi yerlərdə yoluxmanın daha kütləvi hal aldığı da müşahidə edilib. Qurumuş və qurumaqda olan ağacların həm xəstəliyi yaydığını, həm də ətrafdakılar üçün təhlükə mənbəyi olduğunu nəzarə alaraq tezliklə ağacların kəsilərək sahədən uzaqlaşdırılması məqsədəmüvafiq hesab edilib.

             

Keçidlər