Şriftin ölçüsü :

Saytın rəngi :

“Səhər İdmanı” layihəsinə start verilib

27 oktyabr 2025 | 14:28

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi “Səhər İdmanı” layihəsinə 27 oktyabr 2025-ci il tarixində Beynəlxalq Turizm Mərkəzi olan Naftalan şəhərində  start verilib.

Layihə Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə reallaşdırılıb. Tədbirdə şəhər icra hakimiyyətinin, müxtəlif idarə, müəssisə və təşkilatların əməkdaşları, gənclər, həmçinin idmançılar  iştirak ediblər.

Səhər idmanı tədbiri şəhər Heydər Əliyev Meydanında  keçirilib. İştirakçılar peşəkar məşqçilərin rəhbərliyi ilə müxtəlif fiziki hərəkətlər, ritmik məşqlər yerinə yetiriblər. Tədbir sağlam həyat tərzini, gümrahlığı və müsbət ovqatı təşviq edən idman abu-havası ilə yadda qalıb.

Layihənin əsas məqsədi əhali arasında sağlam həyat tərzinin təbliği, idmanın kütləviliyinin artırılması, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi və səhər idmanının gündəlik həyat tərzi kimi formalaşdırılmasıdır

“Səhər İdmanı” layihəsi həftə içi 5 gün saat 07:30-dan 08:30-dək şəhərin müxtəlif ərazilərində, parklarında təşkil ediləcək. Bu da Naftalanda sağlam həyat tərzinin təşviqinə və idmanın geniş kütlələr arasında yayılmasına mühüm töhfə verəcək.

Keçidlər