Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı şəhid anası ilə görüşüb

09 oktyabr 2026 | 14:15

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kənd sakini Cəfərov Elyəddin Zöhrab oğlunun anası Xatirə Cəfərova ilə görüşüb.

İcra başçısı Vətən müharibəsi şəhidinin anasını qəbul edərək onun qayğıları ilə maraqlanıb.

Qəbul zamanı şəhid anasının müraciəti dinlənilib, qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb. Şəhid anasının müraciəti ilə bağlı müvafiq tapşırıqlar verilib, və məsələnin aidiyyəti üzrə araşdırılması, qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi tapşırılıb.

Xatirə Cəfərova göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Keçidlər