Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı şəhid anası ilə görüşüb

12 oktyabr 2026 | 17:56

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Naftalan şəhər sakini Şəhid Aslanov Bəxtiyar İlqar oğlununun anası Tünzalə Zöhrabovanı qəbul edib.

Görüş zamanı ŞİH-nin başçısı Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, həmin ailələrin məişət problemlərinin həlli üçün atılan addımlardan danışıb.

İcra Hakimiyyətinin başçısı şəhid anasını dinləyib, qaldırılan məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb. 

Tünzalə Zöhrabova göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Keçidlər