Şəhər İcra Hakimiyyətinin başçısı sahibkarlarla görüşüb
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov şəhərdə fəaliyyət göstərən hotel və müalicə mərkəzlərinin rəhbərləri ilə görüşüb.
Görüşdə ŞİH başçısı vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə şəhərimiz bugün Beynəlxalq Turizm Mərkəzinə çevrilib. Qeyd edib ki, şəhərdə 19 hotel və müalicə mərkəzi fəaliyyət göstərir, şəhərə gələn yerli və xarici turistlərin sayı ildən ilə artır. Buda öz növbəsində Naftalanın sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərir.
Eyni zamanda, icra başçısı dövlət-sahibkar əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, sahibkarlar öz obyektlərini təmir edərkən binaların ümumi görünüşünə, daxili quruluşu ilə yanaşı xarici fasad hissələrində də şəhərsalma normalarına uyğun inşaat işləri aparmalıdırlar.
Görüşdə həmçinin, hotellərdə xidmət səviyyəsinin daha da yaxşılaşdırılması, turist məmnunluğunun təmin edilməsi, turistlərin asudə vaxtlarının səmərəli keçirilməsi ilə bağlı mütəmadi olaraq mədəni kütləvi tədbirlərin keçirilməsi istiqamətində işlərin görülməsi, aidiyyəti xidmət təşkilatları ilə bağlanmış müqavilə öhdəliklərinin vaxtında əməl edilməsinə riayət edilməsi ilə bağlı tövsiyələr edilib.
Sonda sahibkarlar təkliflərlə çıxış edərək, ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyini xüsusi qeyd ediblər.















