Şəhər İcra Hakimiyyətinin başçısı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi ilə görüşüb
21 oktyabr 2026 | 17:39
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubov ilə görüşüb.
Görüşdə Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda regionların sosial-iqtisadi inkişafının dövlət siyasətinin prioritet istiqaməti olduğu qeyd olunmuşdur. Eyni zamanda Naftalan şəhərinin sosial iqtisadi vəziyyəti, o cümlədən şəhərin turizm potensialı mövzusunda müzakirələr aparılmışdır.
Sonda xatirə şəkli çəkilmişdir.















