Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər ərazisində yol nişanları quraşdırılıb

09 yanvar 2024 | 14:26

Beynəlxalq turizm mərkəzi Naftalan dünyada öz müalicəvi nefti ilə məşhurdur. Buraya müalicə və istirahət üçün Respublikamızın bölgələrindən, həmçinin dünyanın müxtəlif ölkələrindən turistlər gəlir.

Naftalan ŞİH-nin DİN-in Baş Dövlət Yol Polisi idarəsinə müraciəti əsasında qısa müddət ərzində şəhərin “Qarabağ” küçəsində “Siqnal” İLİİ tərəfindən piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün üfüqi nişanlanma (piyada keçidi) xətti çəkilmiş və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif təyinatlı yol nişanları quraşdırılmışdır.

Bununla da sözügedən ərazidə yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilmişdir.

Xatırladaq ki, bir müddət əvvəl şəhərdə nəqliyyat vasitələrinin növbəliyinin təmin edilməsi məqsədilə müasir standartlara cavab verən işıqforlar quraşdırılmışdır.

Görülən işlər vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Keçidlər