Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər ərazisində parklara yeni oturacaqlar quraşdırılıb

19 sentyabr 2024 | 14:45

Naftalanda abadlıq-quruculuq işləri geniş vüsət alıb. Şəhər ərazisində parklarda istismar müddəti başa çatmış oturacaqlar yeniləri ilə əvəz olunmuşdur. Eyni zamanda parklarda, yol kənarlarında yararsız vəziyyətdə olan kiçik tutumlu tullantı qabları, urnalar yeniləri ilə əvəz olunmuşdur. Bu istiqamətdə işlər davam etdirilir.

ŞİH–nin başçısı Vüqar Novruzov və Şəhər Polis Şöbəsinin rəisi Zaur Bədəlov parklarda yerləşdirilən yeni oturacaqlara və yol kənarlarında quraşdırılan zibil qablarına birgə baxış keçiriblər.           

Görülən işlərlə yerində tanış olan icra başçısı, bəzi məsələlərlə bağlı aidiyyəti şəxslərə öz tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, görülən bütün işlər şəhər sakinlərinin o cümlədən, turistlərin asudə vaxtlarından səmərəli istifadəsi üçün nəzərdə tutulub. Şəhərin estetik görünüşünə öz müsbət təsirini göstərən işlər təkcə yerli sakinlərin deyil, turistlərində məmnunluğuna səbəb olur.     

Keçidlər