Şəhər Cümə məscidinin ətrafında abadlıq işləri aparılıb
Beynəlxalq Turizm Mərkəzi olan Naftalana gələn yerli və xarici turistlərin sayı ildən ilə artır. Qazaxıstan, Özbəkistan və digər ölkələrdən olan turistlər üstünlük təşkil edir.
Müqəddəs Ramazan ayında şəhərin Cümə Məscidinin fasadı təmir olunaraq ətrafında geniş abadlıq-quruculuq işləri aparılmış, həyətində və ətraf ərazidə müxtəlif növ ağaclar əkilmiş, həyətinə yeni asfalt örtüyü salınmış, məscidin giriş qapısı-darvazası və tanıtma lövhəsi yenisi ilə əvəzlənərək yeni oturacaqlar qoyulmuş, hasarı yenidən bərpa edilmişdir.
ŞİH-nin başçısı, şəhər polis şöbəsinin rəisi Zaur Bayramov, DQİDK-nin Gəncə bölgəsi üzrə nümayəndəsi Kamal Ələkbərov, Qafqaz Müsəlmanları İdarəsinin Goranboy və Naftalan bölməsinin Qazısı Hacı Anar Orucov ilə birgə məsciddə olmuş, görülmüş işlərlə tanış olub. Həmçinin, ŞİH və DQİDK tərəfindən məscidin kitabxanasına üç dildə Qurani Kərim, digər dini və multikulturalizm mövzulu kitablar hədiyyə olunub.
Həmçinin bir müddət əvvəl məscidin həyətində günəş və yağışdan qorunmaq üçün çardaq quraşdırılıb.