Şəhər Ağsaqqalları ilə görüş keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov şəhər Ağsaqqallar şurasının üzvləri ilə görüş keçirib. Görüşdə şəhərin sosial-iqtisadi inkişafı ilə bağlı ağsaqqalların rəy və təklifləri dinlənilib, gənclərin tərbiyəsində və cəmiyyətin formalaşmasında ağsaqqalların rolu xüsusi vurğulanıb.
Səmimi söhbət zamanı ŞİH-nin başçısı qeyd edib ki, ölkəmizdə ağsaqqal sözünə tarixən hörmət və ehtiramla yanaşılıb. Xalqımızın Ümummilli Lideri ağsaqqallara daim dərin ehtiram bəsləyib, qayğı ilə yanaşıb. Hazırda bu gözəl ənənə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin icra başçısı, ölkə rəhbərinin bölgələrin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Ağsaqqallar onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirərək, əhalinin sosial rifahının daha da yüksəlməsi və şəhərin inkişaf etdirilməsi istiqamətində Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədova uğurlar diləyib, görüləcək bütün işlərdə onların da töhfəsi olacağını qeyd ediblər.















