Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirilib

26 dekabr 2022 | 15:37

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhər ağsaqqalları və ziyalıları ilə görüşüb. Görüş zamanı şəhər rəhbəri qeyd edib ki, Azərbaycanda ağsaqqal sözünə tarixən hörmət və ehtiramla yanaşılıb. Xalqımızın Ümummilli Lideri ağsaqqallara daim dərin ehtiram bəsləyib, qayğı ilə yanaşıb. Hazırda bu gözəl ənənə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dəyərli ağsaqqallar, ziyalılar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir, vətənimizin tərəqqisi, yüksəlişi üçün çalışırlar. Yeniyetmə və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyəsində üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Şəhər ərazisində görülən işlərdən, həyata keçirilən abadlıq-quruculuq tədbirləri haqqında geniş məlumat verən natiq qarşıda duran vəzifələr barəsində ağsaqqalları məlumatlandırıb.

Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov və çıxış edən digər ziyalılar ölkəmizdə eləcə də şəhərimizdə aparılan abadlıq quruculuq işlərinin həyata keçirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mütərəqqi addımlar atan ölkə Prezidenti cənab İlham Əliyevə ağsaqqallar və ziyalılar adından dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, əsas vəzifəmiz müasir gəncliyimizi sağlam ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək, cəmiyyətimizi narahat edən məsələlərin həllində fəal iştirak etmək, dövlətimizin yürütdüyü siyasəti dəstəkləməkdən ibarətdir. Səmimi keçirilən görüş daha sonra diskussiya şəklində davam etdirilib.

Keçidlər