Şəhər Ağsaqqallar Şurasının növbəti toplantısı keçirilib
Toplantıda Şəhər Ağsaqqallar Şurasının sədri və üzvləri, İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edib.
ŞAŞ-nın sədri Möhübbət Bədəlov ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışaraq şəhər ağsaqqalları adından ölkə rəhbərinə minnətdarlığını ifadə edib. Həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin eləcə də şəhərimizin inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində qarşıda duran vəzifələr müzakirə edilib.
Digər çıxış edənlər keçiriləcək tədbirlərdə, həmçinin gənclərin vətənə məhəbbət, dövlətə və xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam prinsiplər üzərində tərbiyə olunmasında şəhər Ağsaqqallar Şurasının üzvlərinin daha fəal iştirak edəcəyini qeyd ediblər.