Sakinlərlə növbəti səyyar qəbul keçirilib
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Naftalan Şəhər İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir.
Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən növbəti qəbul şəhərin 22, 23, 27, 29, 30 və 31 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirildi.
Səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər səsləndirilib.
Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, həmçinin qaldırdıqları problemləri qısa müddətdə həllini tapdığı üçün minnətdarlıqlarını bildirmişlər.