Sakinlərlə növbəti səyyar qəbul keçirilib
12 may 2022 | 12:57
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əhali ilə yerlərdə səyyar görüş və qəbulların keçirilməsi ilə əlaqədar verdiyi müvafiq tapşırıqlara əsasən Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov tərəfindən növbəti səyar qəbul şəhərin 16,17, 19 və 20 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd mövcud problemlərə yerində baxılması və icrasının qanunamüvafiq və operativ qaydada həll edilməsidir.
Daha sonra sakinlərin şikayət və təklifləri dinlənilib, səsləndirilən problemlərin araşdırılaraq həlli üçün tapşırıqlar verilib.